Bu ilin yanvar ayında Azərbaycan 31 milyon 736,67 min ABŞ dolları dəyərində 72 min 644,17 ton kimya sənayesi məhsulları ixrac edib.
"Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə müvafiq olaraq 11,33 % və 15,56 % çoxdur.
Hesabat dövründə kimya sənayesi məhsullarının ümumi ixracda payı 1,69 %, qeyri-neft sektoru üzrə ixracda isə payı 11,15 % təşkil edib.