Azərbaycan gübrə və azot birləşmələri istehsalını 4 %-dən çox artırıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda 196,5 min ton gübrə və azot birləşmələri istehsal edilib.

“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,4 % çoxdur.

Bu il mayın 1-nə, ölkədə 19,1 min ton hazır məhsul ehtiyatı olub.

Xatırladaq ki, 2024-cü ildə Azərbaycanda 652,4 min ton gübrə və azot birləşmələri istehsal edilib ki, bu da 2023-cü illə müqayisədə 43,8 % çoxdur.

Digər xəbərlər

Azərbaycan dərman ixrac edə bilər 05 oktyabr, 2026 / 16:26