Bu ilin yanvar-iyul aylarında Azərbaycanda 328,5 min ton gips və anhidrit istehsal edilib.
“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,9 % çoxdur.
Bu il avqustun 1-nə, ölkədə 67,7 min ton hazır məhsul ehtiyatı olub.
2024-cü ildə Azərbaycanda 570,5 min ton gips və anhidrit istehsal edilib ki, bu da 2023-cü illə müqayisədə 4,8 % azdır.