Bu ilin yanvar-may aylarında Azərbaycanda 231,5 min ton gips və anhidrit istehsal edilib.
“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 21 % çoxdur.
Bu il iyunun 1-nə, ölkədə 60,8 min ton hazır məhsul ehtiyatı olub.
Xatırladaq ki, 2024-cü ildə Azərbaycanda 570,5 min ton gips və anhidrit istehsal edilib ki, bu da 2023-cü illə müqayisədə 4,8 % azdır.