Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 30,7 min ton etilen istehsal edilib.
“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 13 % çoxdur.
Təkcə fevralda isə ölkədə 15,1 min ton etilen istehsal olunub ki, bu da 1 il əvvələ nisbətən 7 % çoxdur.
Bu il martın 1-nə olan vəziyyətə görə, Azərbaycanda 0,9 min ton hazır məhsul ehtiyatı olub.
Xatırladaq ki, 2024-cü ildə Azərbaycanda 129,5 min ton etilen istehsal edilib ki, bu da 2023-cü illə müqayisədə 21,8 % azdır.