Bu ilin yanvar-may aylarında Azərbaycanda 67,9 min ton həcmində etilen istehsal edilib.
“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, ölkədə etilen istehsalı 2024-cü ilin ilk 5 ayı ilə müqayisədə 10,8 % çoxdur.
Bu il iyunun 1-nə 1,5 min ton hazır etilen məhsulu qalığı yaranıb.
Hesabat dövründə Azərbaycanda 65 min ton həcmində polietilen, 59,7 min ton propilen istehsal edilib. İl ərzində polietilen və propilen istehsalı müvafiq olaraq 11,9 % və 3,3 % artıb.
Bu il iyunun 1-nə isə 14,6 min ton hazır polietilen və 0,7 min ton propilen məhsullarının qalığı yaranıb.