Azərbaycan elektrik naqillərin istehsalını ötən ay 78 % artırıb

Ötən il Azərbaycanda 12 min 39 ton elektrik naqilləri istehsal edilib.

“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 15,4 % çoxdur.

Təkcə dekabrda isə ölkədə 2 189 ton elektrik naqilləri istehsal olunub ki, bu da 1 il əvvələ nisbətən 78 % çoxdur.

Bu il yanvarın 1-nə Azərbaycanda 778,3 ton hazır məhsul ehtiyatı olub.

Digər xəbərlər