Azərbaycan elektrik naqillərin istehsalını 22 %-ə yaxın artırıb

Bu ilin yanvar ayında Azərbaycanda 856,2 ton elektrik naqilləri istehsal edilib.

“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 21,7 % çoxdur.

Bu il fevralın 1-nə olan vəziyyətə görə, Azərbaycanda 763 ton hazır məhsul ehtiyatı olub.

Xatırladaq ki, 2024-cü ildə Azərbaycanda 12 min 39 ton elektrik naqilləri istehsal edilib ki, bu da 2023-cü illə müqayisədə 15,4 % çoxdur.

Digər xəbərlər

Azərbaycan dərman ixrac edə bilər 05 oktyabr, 2026 / 16:26