Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 8 min 976 ton elektrik naqilləri istehsal edilib.
“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 11,6 % çoxdur.
Təkcə oktyabrda isə ölkədə 928 ton elektrik naqilləri istehsal olunub ki, bu da 1 il əvvələ nisbətən 1,6 % çoxdur.
Bu ilin noyabrın 1-nə Azərbaycanda 878,7 ton hazır məhsul ehtiyatı olub.
Xatırladaq ki, 2023-cü ildə Azərbaycanda 10 min 67 ton elektrik naqilləri istehsal edilib ki, bu da 2022-ci illə müqayisədə 2,9 % azdır.