Azərbaycan dəri istehsalını 11 dəfə artırıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda 20,2 min kvadratmetr emal edilmiş dəri istehsal edilib.

“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 11 dəfə çoxdur.

Bu il iyulun 1-nə olan vəziyyətə görə, Azərbaycanda 138 min kvadratmetr hazır məhsul ehtiyatı olub.

Xatırladaq ki, 2024-cü ildə Azərbaycanda 64,5 min kvadratmetr dəri istehsal edilib ki, bu da 2023-cü illə müqayisədə 0,6 % çoxdur.

Digər xəbərlər