Bu ilin ilk 7 ayında Azərbaycanda 172,7 min ton bentonit istehsal edilib.
“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 58,2 % çoxdur.
Bu il avqustun 1-nə, ölkədə 206,3 min ton hazır məhsul ehtiyatı olub.
2024-cü ildə Azərbaycanda 253,1 min ton bentonit istehsal edilib ki, bu da 2023-cü ilə nisbətən 2 dəfə çoxdur.