Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 47,4 min ton bentonit istehsal edilib.
“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfə çoxdur.
Təkcə fevralda isə ölkədə 23,2 min ton bentonit istehsal olunub ki, bu da 1 il əvvələ nisbətən 65 % çoxdur.
Bu il martın 1-nə olan vəziyyətə görə, ölkədə 158,2 min ton hazır məhsul ehtiyatı olub.
2024-cü ildə Azərbaycanda 253,1 min ton bentonit istehsal edilib ki, bu da 2023-cü ilə nisbətən 2 dəfə çoxdur.