Azərbaycan ayaqqabı istehsalını 44 %-dən çox artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 828,1 min cüt ayaqqabı istehsal edilib.

"Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 44,3 % çoxdur.

Təkcə avqustda isə ölkədə 118 min cüt ayaqqabı istehsal edilib. Bu, 1 il əvvələ nisbətən 41,3 % çoxdur.

Bu il sentyabrın 1-nə, sənaye müəssisələrinin anbarlarında 87,9 min cüt hazır məhsul ehtiyatı olub.

2025-ci ildə Azərbaycanda 1 milyon 79 min cüt ayaqqabı istehsal edilib ki, bu da 2024-cü illə müqayisədə 0,7 % azdır.

Digər xəbərlər

Azərbaycan dərman ixrac edə bilər 05 oktyabr, 2026 / 16:26