Bu ilin yanvar-aprel aylarında Azərbaycanda 20,8 min ton alüminium məmulatları istehsal edilib.
“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3 % çoxdur.
Bu il mayın 1-nə, ölkədə 3,75 min ton hazır məhsul ehtiyatı olub.
2024-cü ildə Azərbaycanda 63,28 min ton alüminium məmulatları istehsal edilib ki, bu da 2023-cü ilə nisbətən 72,1 % çoxdur.