“Azəralüminium” xalis mənfəətini kəskin artırıb

“Azərbaycan Sənaye Korporasiyası” ASC-yə məxsus “Azəralüminium” MMC 2021-ci ili 30,076 milyon manat xalis mənfəətlə başa vurub.

“Report” şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2020-ci illə müqayisədə 40,4 dəfə çoxdur.

Ötən il “Azəralüminium”un vergiyəqədərki mənfəəti 37,595 milyon manat (əvvəlki ilə nisbətən 40,4 dəfə çox), mənfəət vergisi ödəmələri isə 7,519 milyon manat (40,4 dəfə çox) təşkil edib.

Bu il yanvarın 1-nə “Azəralüminium”un aktivləri 353,81 milyon manat olub ki, bu da illik müqayisədə 8,9 % çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 2,9 % azalaraq 38,757 milyon manata düşüb, balans kapitalı 10,6 % artaraq 315,053 milyon manata çatıb.

Xatırladaq ki, “Azəralüminium” 2018-ci ildə yaradılıb, onun nizamnamə kapitalı isə 282,244 milyon manatdır. Ölkədə əlvan metallurgiya sənayesinin aparıcı sahəsi olan boksit və alunit filizindən alüminium – oksid, ilkin alüminium və yarımfabrikat məhsullarının istehsalı üzrə aparıcı şirkətdir. Onun istehsal sahəsi Gəncə Alüminium Kompleksidir.

Digər xəbərlər