“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin törəmə müəssisəsi “Azəralüminium” MMC 2020-ci ildə in yanvar-dekabr aylarında 98 mln ABŞ dolları dəyərində məhsul ixrac edib.
“Report”un məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın yanvar sayında bildirilir.
Məlumata görə, bu, 2019-cu ilin eyni dövrü ilə müqayisədə 17,5 mln ABŞ dolları və yaxud 15,15% azdır.
Xatırladaq ki, “Azəralüminium” 2018-ci ildə yaradılıb, ölkədə əlvan metallurgiya sənayesinin aparıcı sahəsi olan boksit və alunit filizindən alüminium – oksid, ilkin alüminium və yarımfabrikat məhsullarının istehsalı üzrə aparıcı şirkətdir. Onun istehsal sahəsi Gəncə Alüminium Kompleksidir.