Azərbaycan Milli Elmlər Akademiyasına məxsus “Təcrübə-Sənaye Zavodu” MMC nizamnamə kapitalını 251 904 manat və yaxud 28,45% azaldaraq 885 884 manatdan 633 980 manata endirdiyini elan edib.
“Report” bu barədə Vergilər Nazirliyinin “Vergilər” qəzetinə istinadən xəbər verir.
Xatırladaq ki, sözügedən zavod 1997-ci ildən, Bakının Xətai rayonunun Əhmədli qəsəbəsində fəaliyyət göstərir.