Azərbaycan Milli Elmlər Akademiyasına məxsus (AMEA) "Elm və Texnologiya Parkı” MMC Akdemiyanın "Yüksək Texnologiyalar Parkı" MMC-nin rezidenti, “Millers Oil Azərbaijan” MMC-nin müflus elan olunması üçün Bakı Kommersiya Məhkəməsinə müraciət edib.
“Report” xəbər verir ki, bununla bağlı məhkəmə baxışı avqustun 4-ü, saat 11:00-da keçiriləcək.
İşlə maraqlanan debitor və kreditorlar aidiyyəti üzrə müraciət edə bilərlər.
Xatırladaq ki, “Millers Oil Azərbaijan” 2017-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 100 manatdır. Şirkət sürtkü yağları istehsal edir.