Almaniya şirkətləri Gəncə şəhərinə - alüminum sənayesinə 3 milyon avro dəyərində investisiya yatırmaq istəyir.
Bunu “Report”a açıqlamasında Almaniyanın Azərbaycandakı səfiri Volfqanq Maniq bildirib.
"Bu, alüminum sənayesi üçün böyük investisiyadır. Layihə ilə bağlı məni Almaniya-Azərbaycan Ticarət Palatası məlumatlandırıb. Ötən ay Azərbaycan tərəfi ilə danışıqlar aparılıb. Hələ ki, danışıqların tam detalları məlum deyil”, - deyə o, qeyd edib.
Xatırladaq ki, bu ilin yanvar-may aylarında Azərbaycanla Almaniya arasında ticarət dövriyyəsinin dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 49,1 % çox - 497 milyon 175 min ABŞ dolları təşkil edib.