2022-ci il ərzində Azərbaycanda 3 174,7 kq qızıl, 7 776,6 kq gümüş istehsal edilib.
“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, qızıl istehsalı 2021-ci ilin göstəricisindən 5,3 % az, gümüş istehsalı 60,1 % çox olub.
Bu ilin yanvarın 1-nə 68 kq qızıl, 48 kq gümüş ehtiyatı yaranıb.