Gəncə Müalicə Diaqnostika Mərkəzinə əlavə səlahiyyət verilib

Qanın, qan komponentlərinin tədarükü, emalı, saxlanması və bölüşdürülməsi ilə məşğul olan qan xidməti müəssisələrinin (qan banklarının) siyahısında dəyişiklik edilib.

"Report" xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərarla Gəncə Müalicə Diaqnostika Mərkəzinin qanköçürmə şöbəsi Xüsusi Tibb Xidməti bölməsinə əlavə edilib.

Digər xəbərlər