Bu il Bakıda 106 ambulator poliklinik müəssisənin optimallaşdırılması nəzərdə tutulur.
"Report" xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev qurumun 2025-ci ilin yekunlarına dair keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, bu il Azərbaycan üzrə 78 Ailə Sağlamlıq Mərkəzi, 871 həkim məntəqəsi, 1 168 tibb məntəqəsinin də optimallaşdırılması planlaşdırılır:
"Pilot layihə olaraq Bərdə rayonunda şəbəkənin optimallaşdırılması həyata keçirilir. Bir yeni Ailə Sağlamlıq Mərkəzi yaradılıb, 31 tibb məntəqəsi həkim məntəqələrinə birləşdirilib. Nəticədə Bərdə rayonu üzrə 110 kənd və rayon mərkəzi 2 Ailə Sağlamlıq Mərkəzi, 34 həkim məntəqəsi və 18 tibb məntəqəsi ilə əhatə olunub".