Bakı. 26 fevral. REPORT.AZ/ İran parlamentinin bir sıra üzvləri İran Prezidenti Həsən Ruhaniyə məktubla müraciət edərək Məhəmməd Cavad Zərifin xarici işlər naziri vəzifəsində saxlamasını xahiş ediblər.
Bu barədə “Report” IRNA-ya istinadən məlumat verir.
Daha əvvəl İran parlamentinin iclasında xarici işlər nazirinin istefasını müzakirə edəcəyi bildirilirdi.
Xatırladaq ki, M.C.Zərif dünən istefa verib.