Türkiyədə zəlzələ olub

Bakı. 14 avqust. REPORT.AZ/ Türkiyənin Muğla əyalətinin Milas rayonunda 4,7 bal gücündə zəlzələ olub.

“Report” TRT-yə istinadən xəbər verir ki, məlumatı Türkiyə Təbii Fəlakət və Fövqəladə Hallar Nazirliyinin rəsmi saytı yayıb.

İnformasiyaya əsasən, yeraltı təkanların maqnitudası 7 km dərinlikdə yerləşib.

Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib. 

Digər xəbərlər

İlber Ortaylı vəfat edib 13 mart, 2026 / 16:49