Zelenski: Trampla Ukrayna üçün təhlükəsizlik zəmanətləri müzakirə olunacaq - YENİLƏNİB

Ukrayna Prezidenti Volodimir Zelenski dekabrın 28-i amerikalı həmkarı Donald Trampla görüşü zamanı təhlükəsizlik zəmanətlərini, həmçinin ərazilərə və Zaporojye Atom Elektrik Stansiyasına dair həssas məsələləri müzakirə etməyi planlaşdırır.

"Report" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna KİV-inə bildirib.

"Böyük gündəliyimiz var, bu, həftə sonunda, düşünürəm ki, məhz bazar günü Floridada olacaq. Prezident Trampla görüşümüz olacaq. Biz məhz bu sənədləri, dediyim kimi, təhlükəsizlik zəmanətlərini müzakirə edəcəyik", - deyə o bildirib.

Ukrayna və ABŞ Prezidentləri Volodimir Zelenski və Donald Trampın görüşü yaxın vaxtlarda gözlənilir.

"Report" xəbər verir ki, bu barədə V.Zelenski sosial şəbəkədə bildirib.

"Rustem Umerov (Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi - red.) ABŞ tərəfi ilə növbəti görüş haqqında məlumat verib. Bir gün belə itirmirik. Prezident Trampla yaxın zamanda ən yüksək səviyyədə görüş barədə razılaşdıq. Yeni ilədək bir çox şey həllini tapa bilər", - Ukrayna Prezidenti qeyd edib.

Bundan əlavə, "Kyiv Post" mənbələrə istinadən xəbər verib ki, əgər hər şey plana uyğun gedərsə, Volodimir Zelenskinin ABŞ-yə səfəri artıq dekabrın 28-də baş tuta bilər. Görüşün Floridada keçirilməsi gözlənilir.

Digər xəbərlər