Ukrayna Prezidenti Volodimir Zelenski Anatoli Kutsevalı ölkənin Latviyadakı səfiri vəzifəsindən azad edib.
"Report"un Ukrayna KİV-ə istinadən verdiyi məlumata görə, dövlət başçısı müvafiq fərmanı oktyabrın 7-də imzalayıb.
"Anatoli Kutseval Ukraynanın Latviyadakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən azad edilsin", - fərmanda qeyd edilib.
Onun vəzifəsindən azad ediliməsinin səbəbləri və yeni səfirin adı açıqlanmayıb.