Hörmüz boğazında daha bir gəmi dəniz minası ilə toqquşduqdan sonra partlayıb və yanıb.
"Report" xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) mətbuat xidməti "Telegram" kanalında məlumat yayıb.
Qeyd edilir ki, tanker Hörmüz boğazının cənubunda gizli hərəkət edərkən minaya düşüb.
Daha əvvəl Hörmüz boğazında iki tankerin minaya düşdüyü barədə məlumat verilib. Qeyd olunub ki, dəniz qaydalarına və xəbərdarlıqlara məhəl qoymayaraq Hörmüz boğazının qanunsuz və saxta cənub marşrutu ilə hərəkət edən iki tanker dəniz minaları ilə toqquşma nəticəsində partlayıb və güclü yanğın baş verib. Partlayan gəmilərdən birinin - supertankerin göyərtəsində iki milyon bareldən çox xam neft olub.