Qazaxıstan Yaxın Şərqdəki eskalasiya zonasından qonşu dövlətlərin vətəndaşlarının təxliyə edilməsinə köməklik göstərməyə hazırdır.
"Report" "İnterfaks-Qazaxıstan"a istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Yerlan Jetıbayev bildirib.
O, eyni zamanda vurğulayıb ki, hələlik XİN-ə belə müraciətlər daxil olmayıb.