Yerevanda keçiriləcək növbəti etiraz aksiyasının tarxi açıqlanıb

Bakı. 20 yanvar. REPORT.AZ/ Ermənistanın paytaxtı Yerevanda yeni etiraz yürüşü fevralın 5-də keçiriləcək.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu ölkə parlamentindəki “Çıxış” fraksiyasının sədri Nikol Paşinyan bildirib.

Qeyd edək ki, yanvarın 19-da Yerevanda “Bahalığa və vergilərin artırılmasına yox!” şüarı altında etiraz aksiyası keçirilib. Etiraz aksiyasını “Çıxış” müxalifət bloku təşkil edib.

Ermənistanda bir sıra vergilərin 26 faizdən 28 faizədək artırılması gözlənilir.

Digər xəbərlər