Yerevanda iki uşaq atası özünü asıb

Bakı. 28 yanvar. REPORT.AZ/ Ermənistanda 44 yaşlı kişi özünü asıb. 

"Report" "News.am"a istinadən xəbər verir ki, yanvarın 27-də polisə Başincaqyan küçəsindəki binaların birinin həyətində yerləşən qarajda asılmış kişi meyitinin tapılması barədə məlumat daxil olub. 

Onun iki uşaq atası olduğu və üç gün əvvəl Rusiyadan Ermənistana qayıtdığı bildirilib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Abbas Əraqçi Omana gedib 25 aprel, 2026 / 21:20