Yerevanda atışma olub, xəsarət alan var

Ermənistanın paytaxtı Yerevan şəhərində atışma olub.

Bu barədə "Report" Ermənistan mətbuatına istinadən xəbər verir.

Məlumata görə, hadisə Avan qəbristanlığı ərazisində qeydə alınıb. Silahlı insident zamanı 40 yaşlı Aleksan Aleksanyan xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib.

Hadisənin təfərrüatı açıqlanmır. 

Daha əvvəl paytaxt Yerevan şəhərinin küçələrinin divarlarına ağ boya ilə “#SutNikol” (“Saxtanikol”) yazan 5 nəfər polisə aparılıb.

Digər xəbərlər

İsrail HHQ Tehrana hücum edib 13 mart, 2026 / 23:45
İlber Ortaylı vəfat edib 13 mart, 2026 / 16:49