Yerevanda aksiya iştirakçıları yenidən Ermənistan XİN-in binasını mühasirəyə alıblar

Bakı.18 aprel. REPORT.AZ/ Yerevanda aksiya iştirakçıları yenidən Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) binasını mühasirəyə alıblar. 

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, nümayişçilər şəhər meriyasının binasının qarşısındakı oturaq aksiyaya son veriblər. 

"Mənim addımım" təşəbbüsünün lideri, Vətəndaş Müqaviləsi Partiyasının rəhbəri Nikol Paşinyan aksiya iştirakçılarını Ermənistan XİN-in qapısının qarşısında dayanmağa, həmçinin binadakı insanları mübarizəyə qoşulmağa çağırıb.

Digər xəbərlər

İranda COVID-19-a yoluxma artır 01 noyabr, 2026 / 16:40
İran yeni silahlar sınaqdan keçirib 31 oktyabr, 2026 / 18:49