Bakı. 19 sentyabr. REPORT.AZ/ Rusiya Federasiyasının Xarici İşlər Nazirliyi Xəzərdə nərə balığının ovlanmasına qoyulan moratoriumu 10 ilədək uzatmağı təklif edib.
“Report”un TASS-a istinadən verdiyi xəbərə görə, bunu Xəzər Media Forumunda Rusiya XİN-nin xüsusi tapşırıqlar üzrə elçisi İqor Bratçikov bildirib.
Qeyd edək ki, Xəzər dənizinin canlı ehtiyatlarının mühafizəsi məsələsi bu il avqustun 12-də Qazaxıstanın Aktau şəhərində keçirilmiş Xəzəryanı ölkələrin dövlət başçılarının V Zirvə toplantısında müzakirə olunmuşdu.