Xarici ölkələrdən deportasiya olunan Gürcüstan vətəndaşlarının sayı açıqlanıb

Bakı. 11 dekabr. REPORT.AZ/ Bu ilin ötən dövründə xarici dövlətlərdən 3645 vətəndaşı Gürcüstan vətəndaşı deportasiya edilib. 

“Report” Gürcüstan KİV-inə istinadən xəbər verir ki, bu haqda ölkənin Daxili İşlər Nazriliyi məlumat yayıb.

İnfomasiyaya əsasən, bu siyahıya Türkiyədən deportasiya olunanlar gəlir. 2017-ci ildə bu ölkənin 1651 vətəndaşı Türkiyədən deportasiya edilib. İkinci yerdə İsrail (Gürcüstanın 413 vətəndaşı), üçüncü yeri Almaniya (395 vətəndaşı deportasita edilib), 4-cünü isə Rusiya (228 nəfər) tutub. 

Azərbaycandan isə Gürcüstanın bir vətəndaşı deportasiya olunub.

Digər xəbərlər

İranda COVID-19-a yoluxma artır 01 noyabr, 2026 / 16:40
İran yeni silahlar sınaqdan keçirib 31 oktyabr, 2026 / 18:49