Vladimir Putin Ruben Vardanyanı Rusiya vətəndaşlığından çıxarıb

Erməni əsilli iş adamı Ruben Vardanyan Rusiya vətəndaşlığından çıxarılıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bununla bağlı Rusiya Prezidenti Vladimir Putin sərəncam imzalayıb.

Qeyd edək ki, Ruben Vardanyan Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərindəki separatçıların tör-töküntülərinin başçılarından sayılır.

O, bu ilin noyabrın 4-də separatçıların tör-töküntüləri tərəfindən vəzifəyə təyin edilib.

Azərbaycan onun ölkə ərazisinə daxil olmasını və bölücülüklə məşğul olmasını qanunazidd addım və cinayət sayır.

Xatırladaq ki, Ruben Vardanyan 1968-ci il mayın 25-də İrəvanda anadan olub. 2011-ci ildən Rusiyanın varlıları siyahısına daxil edilib. 2021-ci ildə onun sərvətinin bir milyard dollar məbləğində olduğu bildirilirdi. Hazırda onun Rusiyadakı biznesinin ailə üzvləri və biznes tərəfdarları tərəfindən idarə edildiyi qeyd edilir.

Digər xəbərlər

Tokayev Türkiyəyə səfər edəcək 27 oktyabr, 2026 / 16:24