Ukraynanın Hərbi Hava Qüvvələri son sutkada İran istehsalı olan 16 “Şahed” pilotsuz uçuş aparatını (PUA) vurub.
“Report” UNIAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrindən bildirilib.
PUA-lar bu gecə Ukraynaya cənub-şərq və şimal istiqamətlərindən hücum edib.
Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında müharibə bu il fevralın 24-də başlayıb.