Ukrayna Nazirlər Kabineti ədliyyə naziri Qerman Qaluşenkonu vəzifəsindən kənarlaşdırıb.
"Report"un Ukrayna KİV-lərinə istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Baş naziri Yuliya Sviridenko bildirib.
"Bu gün səhər hökumətin növbədənkənar iclasını keçirdik. Qerman Qaluşenkonu ədliyyə naziri vəzifəsindən kənarlaşdırmaq qərarına gəldik", - o sosial şəbəkələrdə yazıb.