Ukraynanın Azərbaycandakı səfiri serbiyalı həmkarı ilə əməkdaşlığı müzakirə edib

Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusyev və serbiyalı həmkarı Draqan Vladisavlyeviç ölkələri arasında əməkdaşlığı müzakirə ediblər.

“Report” xəbər verir ki, bu barədə ukraynalı diplomat sosial şəbəkədə bildirib.

“Serbiyanın Azərbaycandakı səfiri Draqan Vladisavlyeviçlə görüşdüm. Ukrayna –Serbiya əməkdaşlığı, xüsusən də bir-birimizi dəstəkləmək məsələlərini müzakirə etdik”, – Ukrayna missiyasının rəhbəri qeyd edib.

Digər xəbərlər

Tokayev Türkiyəyə səfər edəcək 27 oktyabr, 2026 / 16:24