“Rusiyaya qarşı təkcə sanksiyalar tətbiq edilməməlidir, həm də dünya liderləri prosesi nəzarətdə saxlamalıdır”.
“Report” UNIAN-a istinadən xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin nümayəndəsi Yuri İqnat telemarafonun efirində deyib.
O bildirib ki, tətbiq edilən sanksiyalara baxmayaraq, Rusiyanın Ukraynanı atəşə tutmaq üçün istifadə etdiyi raket və dronların tərkibində xarici istehsallı komponentlərə rast gəlinir: “Rusiyanın bu komponentləri istehsal etmək imkanı yoxdur”.
Y.İqnat Qərb dövlətlərini bu məsələdə diqqətli olmağa çağırıb.