Ukraynada partlayış olub, Təhlükəsizlik Xidmətinin polkovniki ölüb - VİDEO

Bakı. 31 mart. REPORT.AZ/ Ukraynanın Mariupol şəhərinin mərkəzində avtomobilin partlaması nəticəsində Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki Aleksandr Xaraberyuş ölüb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) sədri Vasili Qitsak məlumat verib.

Hadisə nəticəsində xəsarət alanlar barədə məlumat yayılmayıb.

Xəbərdə bildirilib ki, UTX, prokurorluq və polisin istintaq-əməliyyat qrupunun əməkdaşları hadisə yerindədir. Onlar hadisənin səbəbini araşdırmağa çalışır.

Partlayış terror hadisəsi kimi dəyərləndirilir. 

Digər xəbərlər

Tokayev Türkiyəyə səfər edəcək 27 oktyabr, 2026 / 16:24