Ukraynada hərbçilər üçün "Müqavilə 18-24" üzrə həvəsləndirici ödənişlər təsdiqlənib

Ukrayna hökuməti ölkə Prezidenti Volodimir Zelenskinin elan etdiyi 18-24 yaşlı kişilərin Milli Qvardiya və Sərhəd Xidməti bölmələrində müqavilə əsasında xidmətə cəlb edilməsi üzrə proqramın ("Müqavilə 18-24" proqramı) genişləndirilməsini təsdiqləyib.

“Report” Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin Ali Radada daimi nümayəndəsi Taras Melniçuk sosial şəbəkədə yazıb.

"Bundan sonra "Müqavilə 18-24" proqramı təkcə Ukrayna Silahlı Qüvvələrini deyil, həm də Milli Qvardiya və Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularını da əhatə edəcək", - o qeyd edib.

Bundan əlavə, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı, Milli Qvardiya Baş İdarəsi və Dövlət Sərhəd Xidməti Administrasiyasına 18-25 yaş arası hərbi qulluqçular üçün vəzifələrin siyahısını müəyyən etmək səlahiyyəti verilib. Həmçinin hökumət tibbi müayinə prosedurunu sadələşdirib, xüsusilə həkim-psixiatrın qəbulunda olmaqla bağlı tələbləri azaldıb.

Ukrayna Müdafiə Nazirliyindən bildirilib ki, "Müqavilə 18-24" layihəsi çərçivəsində könüllülər 1 milyon qrivna məbləğində ödəniş alacaqlar: 200 min qrivna dərhal, qalan məbləğ isə xidmət ili ərzində ödəniləcək.

Xəbər lenti

"Rembo" filminin rejissoru ölüb 12 aprel, 2025 / 22:17