Ukrayna Prezident Ofisi: "İşğal altındakı istənilən obyekt qanuni hədəfimizdir"

“İşğal olunmuş ərazilərdəki istənilən Rusiya obyektləri bizim qanuni hədəfimizdir”.

“Report” xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixaylo Podolyak tviterdə yazıb.

O bildirib ki, istənilən əks-hücum əməliyyatları müdafiə müharibəsinin tərkib hissəsi kimi qiymətləndirilməlidir: “Bu həm bizim, həm də müttəfiqlərimiz üçün aksiomdur”.

Digər xəbərlər

Tokayev Türkiyəyə səfər edəcək 27 oktyabr, 2026 / 16:24