Ukrayna münaqişə zonasında 3 hərbçisini itirib

Bakı. 29 yanvar. REPORT.AZ/ Yaraqlıların Avdeyevski sənaye zonasında Ukrayna ordusunun mövqelərinə hücumu nəticəsində 3 hərbçi ölüb, biri yaralanıb.

"Report" xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin anti-terror əməliyyatları məsələləri üzrə sözçüsü Aleksandr Motuzyanik brifinq zamanı məlumat verib.

Qarşı tərəf əhəmiyyətli sayda itki verərək geri çəkilib.

Digər xəbərlər

Sergey Lavrov Çində səfərdədir 14 aprel, 2026 / 07:10
Türkiyədə zəlzələ olub 13 aprel, 2026 / 09:59