Türkiyədə yerli istehsal olan zirehli texnika ordunun istifadəsinə verilir

Türkiyədə "Vuran" adlı yerli zirehli maşın ordunun istifadəsinə verilir.

“Report” xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.

Qeyd olunub ki, "Vuran" yaxın vaxtlarda Türkiyə Silahlı Qüvvələrinə təhvil veriləcək.

Bildirilib ki, texnika 400 at gücünə malikdir.

"Vuran"ın istehsalına 2018-ci ildən başlanılıb.

Digər xəbərlər

Tokayev Türkiyəyə səfər edəcək 27 oktyabr, 2026 / 16:24