Türkiyə DİN Qəzzadan təxliyə edilmiş fələstinlilərin sayını açıqlayıb

Qəzzadan 2 min 200-dən çox fələstinli paytaxt Ankara və İstanbula gətirilib.

“Report” “Habertürk”ə istinadən xəbər verir ki, bu rəqəmləri Türkiyənin daxili işlər naziri Əli Yerlikaya açıqlayıb.

Onun sözlərinə görə, təxliyə edilmiş 2 min 227 nəfərdən 879-u xəstəxanaya yerləşdirilmiş xəstə və baxıcılarıdır:

“1 871 nəfərini yaşayış yeri ilə təmin edirik”.

Digər xəbərlər

İranda COVID-19-a yoluxma artır 01 noyabr, 2026 / 16:40