Azərbaycanla çiyin-çiyinə addımlamağa davam edəcəyik.
"Report" xəbər verir ki, bunu Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri İbrahim Yumaklı "X"dəki səhifəsində yazıb.
"Can Azərbaycanı Müstəqilliyinin Bərpası Gününün 34-cü ildönümü münasibətilə ürəkdən təbrik edirəm.
Tarixə köklənmiş qardaşlığımız və gələcəyə uzanan sarsılmaz dostluğumuzla hər zaman çiyin-çiyinə getməyə davam edəcəyik", - nazir vurğulayıb.