Türkiyənin Mardin vilayətində zəncirvari yol qəzası olub.
Bu barədə "Report" yerli mətbuata istinadən xəbər verir.
Məlumata görə, hadisə Artuklu rayonunda qeydə alınıb. Dörd avtomobilin toqquşması nəticəsində 3-ü uşaq olmaqla 9 nəfər yaralanıb.
Xəsarət alanlara həkimlər ilkin tibbi yardım göstərib və onlar təcili tibbi yardım maşınları ilə şəhər xəstəxanalarına çatdırılıb.
Qəza ilə bağlı araşdırmalara başlanılıb.