Türkiyədə sərnişin avtobusu ilə minik avtomobili toqquşub, xəsarət alanlar var

Türkiyədə sərnişin avtobusu ilə minik avtomobili toqquşub.

“Report” “Haber Global”a istinadən xəbər verir ki, hadisə Sivasda qeydə alınıb.

Qəza nəticəsində 10 nəfər xəsarət alıb. Hadisə yerinə təcili yardımq, jandarm və xilasedicilər cəlb edilib.

Yaralılar Suşehri Dövlət Xəstəxanasına çatdırılıb.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Xəbər lenti