Türkiyədə qayıq batıb, 24 nəfər xilas edilib, 2 nəfər yaralanıb - YENİLƏNİB

Türkiyənin Kocaeli rayonunda qayığın batması nəticəsində boğulmaq üzrə olan 24 nəfər xilas edilib.

“Report” xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.

Bildirilib ki, hadisə yerinə cəlb olunan xilasedicilərdən ikisi yaralanıb.

Onlar xəstəxanaya aparılıb, durumlarının yaxşı olduğu bildirilib.

14:57

Türkiyənin Kocaeli rayonunda Başişkele Kavaklı sahilində qayıq batıb.

“Report” xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.

Hadisə yerinə Təcili Tibbi Yardım Xidmətinin əməkdaşları və xilasedicilər cəlb olunub.

Hadisənin səbəbi və qayıqda neçə adamın olduğu məlum deyil.

Digər xəbərlər

Bursada meşə yanğını başlayıb 08 avqust, 2026 / 19:42