​Türkiyədə Prezident Qvardiyası ləğv olunub

Bakı. 23 iyul. REPORT.AZ/ Türkiyədə Prezident Qvardiyası ləğv olunub.

"Report" "Anadolu"ya istinadən xəbər verir ki, bu barədə Türkiyənin baş naziri Binəli Yıldırım məlumat verib.

O bildirib ki, çevriliş cəhdinin olduğu gecə TRT kanalına hücum edən heyət Prezident Qvardiya Alayından hərəkət edib.

O, alayın ləğv edilib-edilməyəcəyinə dair bunları deyib:

"Onun qərarını verdik. Artıq burada, bu tədris korpusunda Qvardiya Alayı olmayacaq".

Digər xəbərlər

Tokayev Türkiyəyə səfər edəcək 27 oktyabr, 2026 / 16:24